Accessibility links

Şükran ənənələri [Video]


Şükran ənənələri
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Şükran ənənələri

Şükran ənənələri
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Noyabr ayının 22-də amerikalılar kökü 17-ci əsrə, Avropa kolonistlərinin Amerikaya gəlməsinə aparıb çıxaran Şükran bayramını qeyd edir. Bir ənənə olaraq bu bayramda nahar stoluna qızarmış hindquşu qoyulur. Lakin əvvəllər bayramlarda bişirilən vəhşi hindquşuların kökləri demək olar ki, kəsildiyi üçün indi bayram naharında daha tez bəslənilən və ucuz başa gələn ev hindquşularından istifadə edilir.

Vaşinqtondan bir saatlıq məsafədə, Kroufut fermasında yaşayan Reyçel Sammers “Standart Tunc” cinsli hindquşları bəsləyir. Sammers bu quşların bir tarixçəsi olduğunu deyir. “Bu hundquşları kolonial dövrdəkilərdəndir,” deyə Reyçel bildirir.

Bu gün siz burada, Vaşinqton şəhəri civarındakı Klod Mur Kolonial Fermasında 18-ci əsrdə yetişdirilən hindquğu cinsini görə bilərsiniz. Sammers bu fermada könüllülük etməyə başlayanda 11 yaşı var idi. O, burada, bu fermada hindquşlarını sevə-sevə böyüdüyünü deyir. “Mən bu quşlar haqda, onların tarixi haqda daha çox öyrəndikcə, onların qorunub-saxlanmasının vacib olduğunu anladım.”

Birləşmiş Ştatlar Kənd Təsərrüfatı Nazirliyindən Culi Lonq deyir ki, bu tarixi hindquşlarından kommersiya sahəsində istifadə olunmadığı üçün nəsilləri kəsilir. Culi Lonq hindquşlarını araşdırır. O, satılmaq üçün hindquşların ölçüləri və rənglərinin nəzərə alındığını deyir. “Bu ağ hindquşuları 1950-ci ilin ortalarında daha populyar oldu və bazarlarda böyük yer aldı.”

Başqa cinslər az qala yox oldu. Amerika Mal-Qara Damazlıq Qoruğuun məlumatına görə bu gün on mindən az Standart Bürünc quşları qalıb. “Onları saxlamaq, bir növ sığorta kimidir. Ola bilər bu cinslər daha lazım olmayacaq, lakin nəsli kəsildiyi təqdirdə, hər şey itiriləcək.” -deyə, Culi Lonq bildirir.

Con Kritçli Vaşinqtondakı Urbana restoranının aşpazıdır. O, adi, mağazalardakı hindquşları ilə müqayisədə nadir, kökü kəsilməkdə olan hindquşlarına üstünlük verdiyini deyir. “Mənim fikrimcə onalrın əti daha dadlı və yağlı olur,” deyə o, bildirir.

Şükran bayramı bir ənənədir, və bu nadir hindquşları həmin ənənənin davamı deməkdir.
XS
SM
MD
LG