Accessibility links

Oskar mükafatı qalibi “The Theory of Everything” filmi [Video]


“The Theory of Everything” filmi
please wait

No media source currently available

0:00 0:03:23 0:00

Britaniyalı aktyor Eddi Redmayn;n “Ən yaxşı aktyor” kimi Oskar mükafatına layiq görüləcəyi gözlənilirdi və bu baş verdi. Onun “The Theory of Everything” filmidə ifa etdiyi fizika üzrə alim Stefan Hokinq artıq Oskara nominasiya edilmişdi. Film məşhur Stefen Hokinqsin 1963-cü ildən, Kembricdəki təhsilindən başlayaraq, yüksək səviyyəli alimlik illərində Amiotropik skleroz xəstəliyinə qədərki illərindən bəhs edir.

Eddi Redmaynın oynadığı Stefan Hokinqlə Felisiti Consun oynadığı Ceyn arasındakı münasibət “The Theory of Everything” - “Hər şeyin nəzəriyyəsi” filminin əsas süjet xəttini təşkil edir. Filmdə bu iki şəxsin üzləşdiyi ifrat vəziyyətdən və Hokinqin xəstəliyinin dərinləşməsindən söhbət açılır.

Hokinqin vəziyyətinin ağırlaşmasına baxmayaraq, Ceyn onunla qalmaq niyyətindədir. Ceynlə Stefan evlənir. Lakin Hokinqin öz hərəkət qabiliyyətini tədricən itirməsi gənc ailəni sınaqlarla üz-üzə qoyur. Həkimlərin onun xəstəliyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, alim kainatdakı qara dəlikləri və kainatın mənşəyini araşdırmaqda davam edir.

Eddi Redmaynın oynadığı Stefan Hokinqin fiziki transformasiyası bu filmi daha cazibədar edir. “Stefanın bədənindəki hansı əzələnin fəaliyyətinin dayandığını filmdə daha qabarıq nümayiş etdirmək üçün mən Amiotropik xəstəliyi üzrə mütəxəssislərlə işlədim" deyə, aktyor bildirir.

Redmayn deyir ki, Hokinqin əzələsinin hərəkətini itirməsini göstərmək yalnız oyunun bir hissəsi idi. Digər çətin məsələ isə bu kosmotoloq alimin işində qorxmazlığını nümayiş etdirmək idi. “Onda müəmma dolu lider keyfiyyəti idi ki, mən onu üzə çıxarmağa çalışırdım.

Stefan Hokinq öz yerində ulduz idi. “O, ətrafında tibb bacıları ilə gəldi. Onun qarşısında kompyuter ekranı var idi, oturduğu kresloda isə bədəni ikonadakı təsvirə bənzəyirdi. Mən onu həyatımda görmədiyim bir rok ulduz kimi təsvir etməyə çalışdım.”

Aktyor deyir ki, o, belə bir ikonik obrazı yaratmağı özünə böyük şərəf bilir və bunu dərin məsuliyyət hissi ilə qarşılayır. Belə görünür ki, Redmaynın ifasını təkcə Hokinq yox, həm də İncəsənət Akademiyasının münsiflər heyəti bəyənib.

XS
SM
MD
LG