Accessibility links

20-ci əsrin görkəmli hüquqşünası - Thurgood Marşall


150 il bundan öncə Prezident Abraham Linkoln Amerikada qulları azad etdi. Lakin az qala bir əsr sonra irqindən asılı olmayaraq bütün amerikalılar arasında bərabərlik yaradan qanunun qəbulu Thurgood Marşallın səyləri sayəsində baş verdi.

1930-cu illərdə fəaliyyətə başlayan Marşall Amerikanın ən ali məhkəməsində yer alan ilk qaradərili hakim oldu.

Martin Lüter King Jr.-dən fərqli olaraq, o, heç zaman vətəndaş hüquqları hərəkatının lideri kimi tanınmayıb. Yaxud da “istənilən vasitələrlə” bərabər hüquqlar əldə edilməsinə çağıran Malkolm X kimi. Amma Thurgood Marşall hər ikisindən daha çox şeyə nail olub.

Onun əcdadları qullar olub. Atası yalnız ağların buraxıldığı sosial klubda xidmətçi olub. Anası isə qaradərili uşaqlar üçün məktəbdə dərs deyib.

Quldarlıq Amerikada 1862-ci ildə ləğv olunub. Amma Amerika cəmiyyəti uzun müddət ağlarla qaradərili adamların ayrı saxlandığı cəmiyyət olub.

“Amerika həyatının hər aspektində afro-amerikalılara qarşı diskriminasiya var idi. Thurgood Marşall və başqa hüquqşünaslar hərəkətə keçərək Afro-Amerikalıların həmin vatadək xaricində saxlandıqları kollec və dövlət universitetlərində təhsil almasına şçərait yaradan qanun qəbul etdirdilər,” deyə Gənc Thurgood – Ali Məhkəmə Hakiminin Formalaşması kitabının müəllifi Larry Gibson bildirir.

İctimai təsisatlarda – məktəblərdə, kütləvi nəqliyyatda və ev tapmaqda bərabərlik şərti saxlanmaqla irqi seqreqasiya mövcud idi.

1954-cü ilə ABŞ Ali Məhkəməsi ictimai məktəbələrdə irqi seqreqasiyaya icazə verən qanunun fundamental şəkildə “qeyri-bərabər” və “qeyri-konstitutsional” olduğunu elan etdi. Bu qərar Birləşmiş Ştatları kökündən dəyişdi.

Hovard Unviersitetinin Hüquq Məktəbinin dekanı Kurt Şmoke deyir ki, Martin Lüter King Jr. səhnəyə bu qanun qəbul ediləndən üç il sonra gəldi. Onun sözlərinə görə King üçün qapını əslində Thurgood Marşall açdı.

Proqres asan başa gəlmədi. 1963-cü ildə ağlar da qaradərililərə qoşularaq cəmiyyətdə bərabərlik tələb etdilər. 1964-cü ildə vətəndaş hüquqları aktı və seçicilərə qarşı diskriminasiyanı qadağaan edən qanun qəbul olundu.

1967-ci ildə Thurgood Marşall Ali Məhkəmənin ilk qaradərili baş hakimi oldu. O, hakim olduğu bütün müddət ərzində irqindən və cinsindən asılı olmayaraq hamının konstitutsional hüquqlarını müdafiə etdi.

Marşall 1991-ci ilədək Ali Məhkəmədə çalışdı. Onu bu ali orqanda Klarens Tomas əvəzlədi ki, o, da ABŞ tarixində Ali Məhkəmədə xidmət edən ikinci qaradərilidir.

Thurgood Marshall
please wait
Embed

No media source currently available

0:00 0:03:41 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG