Accessibility links

Tibet hərəkatının siyasi lideri Dalay Lama istefa vermək qərarına gəlib


Tibet hərəkatının siyasi lideri Dalay Lama istefa vermək qərarına gəlib
Tibet hərəkatının siyasi lideri Dalay Lama istefa vermək qərarına gəlib

Tibet hərəkatının siyasi lideri Dalay Lama istefa vermək qərarına gəlib. O, siyasi rolunun Tibet xalqının azad şəkildə seçdiyi yeni bir siyasi liderə verilməsi vaxtının çatdığını bildirib. Dalay Lama bunları vətənini tərk etdikdən sonra yaşadığı Hindistanın Daramsala şəhərində 1959-cu ildə Çin rejiminə qarşı baş tutmayan qiyamın ildünümündə bildirib. Tibetin Çindən ayrılıb müstəqillik əldə etməsi uğrunda mübarizə aparan 76 yaşlı lider deyib ki, siyasi fəaliyyətlərdə o, öz roluna həmişə sadiq qalacaq. Dalay Lamanın gözlənilməz bəyanatı Tibetin bütövlüyünü təmin edən siyasi sabitliyə yol açılması məqsədi daşıyır. Onun bu qərarı tibetlilərin dərin narahatlığına səbəb olub. Belə ki, onlar heç kimin Dalay Lama qədər nüfuza malik olduöunu düşünmür.


XS
SM
MD
LG