Accessibility links

Dünyada təqribən 200 sayda ağ pələng mövcuddur

Ötən ay Yaponiyanın Saitama şəhər heyvanxanasında olduqca nadir ağ pələnglər dünyaya gəlib.

Tokionun şimal-qərbində yerləşən heyvanxanada beş yaşlı erkək və yeddi yaşlı dişi ağ pələngin dörd sağlam balası dünyaya gəlib. Erkək pələng körpələr süddən kəsilənədək ayrı saxlanılacaq.

Pələnglərin dünyaya gəlməsi haqda mətbuata bu həftə məlumat verilib. Lakin körpə pəıənglər may ayınadək heyvanxanada göstərilməyəcək. Hələlik heyvanxananı ziyarət edənlər ana və bala pələngləri video görüntüdə izləyə bilər.

Ağ pələnglər çox nadir cins hesab edilir. Onların dünyada sayının 100-lə 200 arasında olduğu deyilir. Onların 30-u Yaponiya heyvanxanalarında saxlanılır.

Pələng balalarının adları hələlik müəyyən edilməyib. Heyvanxananın müdiriyyəti adların seçilməsində ictimayyətin təkliflərini nəzərdən keçirəcək və may ayının sonunda adları elan edəcək.
XS
SM
MD
LG