Accessibility links

Tokio qubernatoru paytaxt sakinlərini sakitləşməyə çağırıb


Tokio qubernatoru paytaxt sakinlərini sakitləşməyə çağırıb

Tokio qubernatoru paytaxt sakinlərini sakitləşməyə çağırıb

Yaponiyada içməli su təchizatında radioaktiv yodun səviyyəsinin artmasından sonra Tokio qubernatoru Şintaro İşihara paytaxtın sakinlərinə müraciət edərək onları təşvişə düşməməyə çağırıb.

Bundan bir neçə saat əvvəl isə ölkədə süd və Fukuşima atom stansiyası ətrafındakı ərazilərdən yarpaqlı tərəvəzlərin satışına qadağalar gücləndirilib. Bununla yanaşı, Fukuşima sahillərində radioaktiv maddələrin səviyyəsinin artması Yaponiya iqtisadiyyatı üçün önəmli olan balıq sənayesinin həddən artıq zəifləməsi narahatlığı yaradır. Bir çox balıqçılıq zonaları martın 11-də baş verən zəlzələ nəticəsində məhv olub və ya ciddi zərər dəyib.

XS
SM
MD
LG