Accessibility links

Tom Kruz milyard dollarlıq problemlə qarşılaşıb


Dünyada ən böyük aktyorlardan birisənsə özünü problemlərdən gözlə. Aktyor Tom Kruz milyard dollarlıq problemlə qarşılaşıb.

Bir ssenarist Tom Kruza qarşı məhkəmə işi açıb. Ssenarist Tomun Mission Impossible: Ghost Protocol filiminin onun 1998-ci ildə yazdığı ssenaridən götürüldüyünü iddia edir.

İlk dəfə radaronline tərəfindən yayılan ittiham barədə xəbərdə Tom, Paramount Picture və digər istehsal şirkətlərin adları hallanıb.

Ssenarist 1998-ci ildə “Head On” adlı ssenari yazıb, onu ABŞ Müəlliflik Hüququ ofisində qeydiyyata alıb və agentlərə göndərib və nəhayət ssenari Tomun əlinə keçib.

Məhkəmə ssenarinin nisbətən maraq yaratdığını, amma bir neçə il sonra Ghost Protocol filmi ekranlara çıxdıqda filmin ssenarisində olduqca bənzərlik aydın görünüb.

İndi ssenarist Tomun 1 milyard dollar məbləğində pul ödəməsini tələb edir. Bu məbləğə filmin kinoteatrlarda bilet satışı, Blue ray satışı, film kirayəsi, abunəlik satışı və büdcə gəlirləri daxildir. Tomun nümayəndəsi hələlik məsələ ilə bağlı fikir bildirməyib.
XS
SM
MD
LG