Accessibility links

Tramp Çin prezidenti ilə zirvə görüşü keçirməyə hazırlaşır


ABŞ prezidenti Donald Tramp Floridada Atlantik okeanı sahilindəki iqamətgahında Çin prezidenti Xi Jinpinqlə zirvə görüşü keçirməyi planlaşdırır.

Nə Vaşinqton, nə də Pekin hələlik Trampın Mar-a-Laqodakı iqamətgahında zirvə görüşünün keçirilməsini təsdiq etməyib, lakin ABŞ-ın xəbər agentlikləri dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş iki ölkəsinin lideri arasında görüşün aprelin 6-7-də planlaşdırıldığı haqda məlumat verib.

Verilən məlumatlara əsasən, ABŞ Dövlət katibi Reks Tillerson bu həftə Pekinə səfəri əsnasında Tramp və Xi arasında zirvə görüşü planlarını yekunlaşdıracaq. Çinin Xarici İşlər nazirliyi iki ölkənin nümayəndələrinin liderlər arasında kommunikasiyaları koordinasiya etdiyini bildirib.

Ağ Evin sözçüsü Şon Spayser bazar ertəsi günü bildirib ki, Tramp və Xi Şimali Koreyanın nüvə silahlarının inkişaf etdirilməsi proqramı və raket sınaqlarının təşkil etdiyi təhlükələr və bir sıra başqa məsələləri müzakirə edəcək.

ABŞ hərbi gəmisi Cənubi Çin dənizində
ABŞ hərbi gəmisi Cənubi Çin dənizində

Tramp bir sıra hallarda Çini Pxenyanın aqressiv davranışının qarşısını almağa çağıraraq, Pekinin Şimali Koreya lideri Kim Yonq Un üzərində nüfuzunu qeyd edib.

ABŞ həmçinin Pekinin Cənubi Çin dənizində süni adalar yaratmasına etirazını bildirərək, regionda gücünü nümayiş etdirmək məqsədilə beynəlxalq sulardakı adaların yaxınlığına hərbi gəmilər göndərib.

Çin isə Trampın ABŞ-ın uzun illərdir Tayvanı Çinin bir hissəsi olaraq tanıyaraq yürütdüyü "vahid Çin" siyasətindən geri çəkilməyin mümkünlüyü ilə bağlı açıqlamalarına görə Birləşmiş Ştatlardan narazılığını ifadə edib.

Seçkidən sonra yeni hökumətin keçid dövrü Tramp Tayvan prezidenti Tsay İnq-venin onu ABŞ prezidenti seçilməsi münasibətilə təbrik etmək üçün planlaşdırılmış telefon zəngini qəbul etmişdi. Bu, ABŞ-ın Çinin Tayvan üzərində nəzarəti haqda 1979-cu ildən bəri qəbul etdiyi mövqedən çəkilə bilməsi kimi fikrin yaranmasına əsas vermişdi.

Lakin bir ay əvvəl Trampın Xi ilə telefon söhbəti zamanı onu ABŞ-ın "vahid Çin" siyasətində heç bir dəyişikliyin olmayacağına əmin etməsi dövlət başçılarının zirvə görüşünün planlaşdırılması prosesinin yüngülləşdirilməsinə gətirib çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG