Accessibility links

Tramp və Klinton qərarsız seçicilərin dəstəyini qazanmaq üçün son cəhdlər göstərir


ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trmp və demokrat Hillari Klinton

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trmp və demokrat Hillari Klinton

Respublikaçı Donald Tramp və demokrat Hillari Klinton ABŞ aralarında fərqin az olduğu həlledici ştatlara üz tutaraq, qərarsız seçicilərin dəstəyini qazanmağa və qələbə əldə etməyə çalışır.

Ölkə üzrə keçirilmiş rəy sorğularına əsasən, keçmiş dövlət katibi Klinton daşınmaz əmlak maqnatı Trampdan az fərqlə irəlidədir. Rəy sorğuları üzrə ekspertlər Klintonun çərşənbə axşamı günü qələbəsini proqnozlaşdırsa da, onun Trampdan üstünlüyü mütləq deyil.

Bir neçə sorğunun nəticələri göstərir ki, ölkənin ilk qadın prezidenti olmaq istəyən Klinton Trampdan iki, ya da üç faiz fərqlə irəlidədir. Lakin The Washington Post qəzeti və ABC News tele kanalının birgə sorğusunda bu fərq 48-43 kimi göstərilib.

ABŞ seçki sisteminə görə prezident seçkilərinin nəticələri ölkə üzrə ümumi səsvermə əsasında müəyyən edilmir. Seçkinin nəticələri ölkənin 50 ştatı və paytaxt Vaşinqtonunn nümayəndələrinin daxil olduğu Seçki Kollegiyasının səsləri ilə müəyyən edilir. Böyük ştatlarda nümayəndələrin səsləri ümumi nəticədə mühüm rol oynayır.

Hər bir ştatda səsvermənin nəticələrinə əsasən namizəd qələbə çalmaq üçün Seçki Kollegiyasında 538 səsdən 270 səsi özünə təmin etməlidir.

Həm Klinton, həm Tramp seçkinin nəticələrinin şübhə altında olduğu bir sıra ştatlarda intensiv kampaniya aparır. Prezidentliyə namizədlər xüsusilə də Florida və Şimali Karolinada seçicilərin dəstəyini qazanmağa çalışıb.
Bazar günü Tramp beş ştatda, Klinton isə iki ştatda kampaniya aparıb.

Prezident Obama Seçki Kollegiyasında 29 səsinə malik Floridada Klintonun xeyrinə kampaniya tədbirində iştirak edib. Prezidentlik yarışlarında qələbə qazanmaq üçün Tramp Floridada qələbəni özünə təmin etməlidir. ​

Klinton Trampın irəliyə çıxdığı Ohayo və Nyu Hempşir ştatlarında kampaniya aparır.

41 milyondan çox amerikalı artıq erkən səsvermədə səs verib. Çərşənbə gününün sonuna qədər 130 milyon seçicinin səs verəcəyi gözlənilir.

Təhlilçilər Klintonun prezident Obama yanvar ayında vəzifəsindən gedəndən sonra ABŞ-ın 45-ci prezidenti olmaq üçün Seçki Kollegiyasının 270 səsini özünə necə təmin edə biləcəyi yollarını müzakirə edir. Lakin Trampın şansları belə görünür daha məhduddur.

Tramp Klintonla gərgin rəqabət apardığı həlledici ştatlarda və eləcə də son altı seçkidə ənənəvi olaraq demokrat namizədi dəstəkləyən 18 ştatda qələbə əldə etməlidir. Bazar günü Tramp bu ştatlardan üçündə-Minnesota, Miçiqan və Pensilvaniyada kampaniya aparıb.

XS
SM
MD
LG