Accessibility links

ABŞ prezidenti sələfi Barak Obamanı yenidən tənqid atəşinə tutub


ABŞ prezidenti sələfi Barak Obamanı yenidən tənqid atəşinə tutub.

Donald Tramp Twitter hesabında Obamanın Quantanamo məhbəsindən azad etdiyi 122 məhbusun yenidən döyüş meydanlarına qayıtdığını yazıb.

Tramp iddialarının nəyə əsaslandığına izahat verməsə də, onun bu məlumatı Milli Kəşfiyyat orqanının hesabatından əldə etdiyi görünür.

Hesabatda Quantanamodan azad edilən 693 məhbusun 122-nin terror fəaliyyətlərinə qayıtdığı deyilir.

Onların yalnız 9-u Obama administrasiyası dövründə azadlığa buraxılıb. Məhbusların əksəriyyəti Corc Buşun hakimiyyəti zamanı azad edilib.

Trampın statusu "Fox & Friends" televisiya proqramının Yəməndə sabiq Quantanamo məhbusunun öldürülüdüynə dair xəbərindən sonra yayılıb. Xəbərdə Barak Obama administrasiyasının azad etdiyi məhbusun öldürülməsi Tramp administasiyasının uğuru adlandırılıb.

Son günlər bu, Donald Trampın Obamaya qarşı ikinci tənqididir. Daha əvvəl o, Obamanı seçkiqabağı kampaniyaları zamanı telefon söhbətlərini dinləməkdə günahlandırmışdı.

Barak Obamın bağlamağa çalışdığı Quantanamo məhbəsini Tramp açıq saxlayacağına vəd verib.

XS
SM
MD
LG