Accessibility links

ABŞ prezidentliyinə iki öndə gedən namizəd [Video]


ABŞ prezidentliyinə iki öndə gedən namizəd
please wait

No media source currently available

0:00 0:02:52 0:00

ABŞ prezidentliyinə iki öndə gedən namizəd

Bunlar Respublikaçı namizəd Donald Tramp və onun Demokrat rəqibi Berni Sandersdir

Gələn ABŞ prezident seçkiləri 14 ay sonra baş tutacaq, lakin iki gözlənilməyən namizəd seçki kampaniyasının ilkin mərhələlərində üstünlük təşkil edir. Bunlar Respublikaçı namizəd Donald Tramp və onun Demokrat rəqibi Berni Sandersdir. Amerikanın Səsi Tramp və Sandersin Vaşinqtondan bu qədər böyük diqqət cəlb etmələrinin səbəblərinin bəzilərini açıqlayr.

Ceb Buş öndə gedən namizədlərdəndir, amma debatda o heç də öndə deyildi. Bu isə Respublikaçılar meydanında əsl öndə gedən namizədin olmaması və Respublikaçılar tərəfindən namizədlərin sayının artacağı barədə xəbardarlıq verir
Coş Krauşar

Donald Tramp heç bir zaman ambisiyalarını gizlətməyib.

Respublikaçıların ilk debatı ilə bağlı müxtəlif rəylərə və onun köbud üslubuna baxmayaraq, Tramp rəy sorğularında yuxarı yerlərə sahibdir və coşğulu kütlələri cəlb etməyə davam edir.

“Yaxın Şərqdə xristian olduqları üçün insanların başları kəsilir. Bizim elə sərhədlərimiz var ki, orada insanlar qətlə yetirilir. Dünya dağılır, amma digər Respublikaçı namizədlər mənim danışıq tərzimdən narahatdırlar. Mən tonumu azaltmalıyammış.”

Tramp mühafizəkarların ölkənin tutduğu istiqamətlə bağlı narahatlıqlarını anlayır və onun siyasətdən kənar bir şəxs kimi statusu ona seçicilərlə əlaqə qurmağa kömək edir.

Trampın respublikaçı rəqibi Ceb Buş Trampın ritorikasının ziddiyət yaratdığından narahatdır.

“Mən də sizin kimi sistemin işləməməsindən və hökümətin bizim adımızdan fəaliyyət göstərməməsindən narazıyam. Lakin bu qədər hirslənməyə səbəb yoxdur.”

Donald Tramp (sol) və Berni Sanders (sağ)
Donald Tramp (sol) və Berni Sanders (sağ)

Digər rəqiblər də hücumlarını artırırlar, məsələn Kentaki senatoru Rand Polun anti-Tramp reklamı buna sübutdur.

Respublikaçıların 17 namizədi var və bu siyahı daha da uzana bilə, deyə təhlilçi Coş Krauşar bildirir.

“Ceb Buş öndə gedən namizədlərdəndir, amma debatda o heç də öndə deyildi. Bu isə Respublikaçılar meydanında əsl öndə gedən namizədin olmaması və Respublikaçılar tərəfindən namizədlərin sayının artacağı barədə xəbardarlıq verir."

Demokratların isə özlərinin gözlənilməyən namizədləri var, bu, Vermont senatoru Berni Sandersdir.

Sanders böyük kütlələri cəlb edir və liberal Demokratların diqqət mərkəzindədir. O, demokratların sevimlisi olan Hillari Klintonun rəqibidir.

“Biz birlik olduğumuzda yeni Amerika yarada bilərik,” deyə Sanders bildirib.

Yaxın Şərqdə xristian olduqları üçün insanların başları kəsilir. Dünya dağılır, amma digər Respublikaçı namizədlər mənim danışıq tərzimdən narahatdırlar
Donald Tramp

Sanders Nyu-Hempşirdə keçirilən rəy sorğularında öndə gedir, Kliton isə etibarlılığı ilə bağlı şübhələrə qarşı mübarizə aparır. Bunun səbəbi isə onun dövlət katibi olduğu dövrdə şəxsi email ünvanından istifadə etməsi ilə bağlı qalmaqaldır.

Coş Krauşar Klintonun problemlərinin Respublikaçılar üçün fürsət yaratdığını deyir.

“Onlar düşünür ki, Hillari Klinton təhlükəyə açıqdır. Onun email ünvanı ilə bağlı qalmaqal da onlarda nikbinlik yaradır. Buna görə də, onlar indi namizədliklərini irəli sürmək üçün yaxşı vaxt olduğunu və 2016-ci il seçkilərində Demokratların zəif olacaqlarını düşünürlər.”

Klintonun problemlərini nəzərə alaraq, bəzi demokrtalar vitse-prezident Co Bayden və ya sabiq vitse-prezident Al Qorun namizədliklərini irəli sürmələrini istəyirlər. Lakin hal-hazırda nə Co Bayden, nə də Al Qor bununla bağlı ictimaiyyətə şərh bildirmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG