Accessibility links

ABŞ prezident seçkilərində respublikaçı namizəd Donald Tramp Ağ Ev uğrunda mübarizənin sona çatmasına 3 ay qalmış kampaniyasının idarəçiliyində ciddi dəyişikliyə gedib.

O, mühafizəkar veb səhifə olan Breitbart-ın baş icraçı direktorunu kampaniyasının icraçı direktoru təyin etməklə yanaşı, kampaniyasında ictimai rəy sorğularından cavabdeh olan Kellian Konveyin vəzifəsini artıraraq kampaniya meneceri təyin edib.

Donald Tramp mühafizəkar veb səhifə olan Breitbart-ın baş icraçı direktorunu kampaniyasının icraçı direktoru təyin etməklə yanaşı, kampaniyasında ictimai rəy sorğularından cavabdeh olan Kellian Konveyin vəzifəsini artıraraq kampaniya meneceri təyin edib.

Onun sözlərinə görə, bu addım son qalmaqalda adı hallanan kampaniya meneceri Pol Manafortun roluna heç bir təsir göstərməyəcək. Kampaniyasının sabir rəhbəri Kori Levandovski iyun ayında vəzifəsindən azad olunandan sonra kampaniyanı idarə edən Manafort Ukraynanın Rusiyapərəst sabir prezidenti ilə əlaqələrinə görə diqqət mərkəzinə gəlib.

Həftənin əvvəlində The New York Times qəzetinin dərc etdiyi araşdırma Ukraynada Manaforta 12.7 milyon dollar nəğd pul verilməsini göstərən hesabat gündəliyini üzə çıxarıb.

Trampın kampaniya meneceri Manafort 2014-cü ildə Rusiya tərəfdarı prezident hakimiyyətdən devrilməmişdən əvvəl uzun illər prezident Viktor Yanukoviç və onun Regionlar Partiyasının konsultantı kimi çalışıb.

Manafort Ukraynada çalışarkən nəğd maliyyə əldə etməsini təkzib edib. MNSBC bildirir ki, o, açıqladığı bəyanatda ittihamları "əsassız, axmaq və mənasız" adlandırıb.

"Mən heç zaman New York Times -ın bildirdiyi kimi qanundan kənar maliyyə əldə etməmişəm. Mən hətta heç zaman Ukrayna və Rusiya hökumətinə də çalışmamışam" - deyə Manafort bildirib.

XS
SM
MD
LG