Accessibility links

İnaqurasiya tədbirləri


Donald Trampın inqurasiya tədbirləri cümə axşamı günü başlayaraq 3 gün davam edəcək.

Cümə axşamı

Tramp və vitse-prezident seçilən Mayk Pens 400 mindən çox hərbi qulluqcu və onların ailə üzvlərinin dəfn edildiyi Arlinqton məzarlığında təşkil edilən mərasimdə əklillər qoyub.

Daha sonra Tramp Linkold Memorialındakı konsertdə çıxış edib.

Axşam isə Tramp, Pens və yeni administrasiyasının üzvləri seçki kampaniyasının donorları ilə şam işığı altında təşkil edilən şam ziyafətində iştirak edib.

Tramp adi vətəndaş kimi son gecəsini Ağ Evin qarşısındakı Bler-Housdakı qonaq evində keçirib.

Cümə

Cümə günü Ağ Evin Barak Obamadan Donald Trampa təhvil verildiyi gündür.

Tramp ailəsi ilə bərabər Ağ Evdə Barak Obama və birinci xanım Mişel Obama ilə qəhvə içməzdən öncə dini mərasimdə iştirak edib.

Obama və Tramp Kapitoli binası önündə keçiriləcək andicmə mərasiminə birlikdə gedib.

Trampın ailə tövratı üzərinə əl qoymaqla andını Ali Məhkəmənin baş hakimi Con Roberts qəbul edəcək. Penc isə Ali Məhkəmənin hakimi Klarens Tomas qarşısında and içəcək.

Hər bir prezidentin etdiyi kimi Tramp da inaqurasiya nitqi ilə çıxış edəcək.

Bundan sonra Obama üzəl vətəndaş həyatına başlayacaq.

Yeni administrasiyanın şərəfinə Kapitoli binasında nahar ziyafəti təşkil ediləcək. Ziyafətdən sonra Trampla Pens Pennsilvaniya prospektində keçiriləcək parada qatılacaq.

Axşam isə onlar ənənəsi 1809-cu ildə qoyulan 3 rəsmi balda iştirak edəcək.

Şənbə

Şənbə gününün səhəri Vaşinqtonun Milli Kafedralında keçiriləcək səhər yeməyi tədbirindən sonra inaqurasiya mərasimləri başa çatacaq.

XS
SM
MD
LG