Accessibility links

Ağ Ev: Tramp-Poroşenko danışığı Ukraynada döyüşlərin vüsət almasına həsr edilib


Ağ Ev ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbətini çox yaxşı adlandırıb.

Tramp inaqurasiyasından sonra ilk dəfə telefonla danışdığı Petro Poroşenko ilə Ukraynanın qərqindəki müharibə zonasında son günlər zorakılıqların artmasını müzakirə edib.

Ötən həftə Ukrayna qüvvələri və Rusiyayönümlü döyüşçülər arasında döyüşlər nəticəsində onlarla insan həlak olub.

Hər iki lider təcili olaraq atəşkəs əldə edilməsində razılaşıb. Ukraynanın dövlət başçısı Trampa ölkəsinin suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyinə görə təşəkkürünü bildirib.

Poroşenko zorakılıqların vüsət almasına görə Qərbin Rusiyaya qarşı sanksiyalarının davam etdirilməli olduğunu deyir.

Trampın Rusiya ilə münasibətləri normallaşdırmaq vədləri sanksiyaların yüngülləşdiriləcəyinə dair narahatlıqlara səbəb olub.

ABŞ-ın BMT-dəki səfiri Nikki Hali Rusiyanın Ukraynadakı təcavüzünü tənqid edərək, sanksiyaların qüvvədə qalacağını bildirib.

ABŞ Dövlət Departamenti ötən bazar günündən başlayan döyüşlər nəticəsində Avdiivkada 2500-ü uşaq olmaqla, 17 min insanın susuz və elektriksiz qaldığını bildirib.

XS
SM
MD
LG