Accessibility links

Sifət transplantasiyası- yeni sima, yeni həyat


Sifət transplantasiyası- yeni sima, yeni həyat
please wait

No media source currently available

0:00 0:04:48 0:00
Onlar qrafik görüntülər barədə xəbərdarlığı TV-də qoyurduqlarında, Karmen Tarleton sonra anlayıb ki, bu xəbərdarlıq ona aid idi. O dəhşətə gəlib.

Haaqında söz gedən TV görüntü xəbərdarlığı 39 yaşı olan Karmen Tarletonun sifəti - əvvəlki sifət görünüşü olub.

2007-ci ilin sentyabr ayında, boşandıqdan bir neçə həftə sonra Karmenin keçmiş əri onun evinə daxil olaraq onu beysbol dəyənəyi ilə döyüb və sifətinə sodium hidroksit töküb.

Hücum bir neçə dəqiqə çəkib, amma maye onun bədəninin 80 faizdən çoxunu yandırıb. Bu Karmeni kor edib və üzü yaralarla tanınmaz hala düşüb.

"Bizim evliliyimiz əsasən yaxşı keçib. O, həmin gecəyə qədər heç vaxt mənə fiziki, emosional və hətta sözdə təzyiq göstərməyib", deyə o bildirir.

Karmen üç ay tibbi-induksiya komasında saxlanılıb. Boston Briqham və Qadın xəstəxanasının həkimləri onun üzərində 40-a yaxın əməliyyat keçirərək həyata yeni şans veriblər. Ancaq bu yeni həyatla həm də yeni çətinliklər gətirib.

"Mən görmə qabiliyyətimi tamamilə itirməklə çox əziyyət çəkdim. Mən 39 yaşında idim və aldığım yaralarla çox əziyyət çəkdim. Bu, dörd il davam etdi və bu il içərisində mən bu yaraları nə də insanların nədən danışdığını görmədim."

Amma Karmen bu qaranlıq dünyasında da ümidini itirməmişdi.

"Mən elə yaralanmış halda və elə bir vaxtda yaşayırdım ki, fiziki olaraq yaşamaq istəmədiyimi düşünürdüm. Ancaq şəxsi olaraq mənim üçün bunun böyük mənası var idi və mücadilə etdim. Mən özümü güclü hiss etdikcə və başqa insanlara da yardım etdikcə hərşey daha da yaxşı alınırdı. Bunlara baxmayaraq ilk iki il çox çətin keçdi."

Başqalarına kömək etmək ümidi Karmenin hücumdan sonra öz həyatı barədə kitab yazmasına gətirib çıxardı. O, həmçinin ömürlük həbs cəzası almış keçmiş həyat yoldaşını bağışladı. O bağışlamağın irəli addımlamaq üçün yeganə yol olduğunu deyir.

Hadisədən dörd il sonra Karmenin həkimi həyatı dəyişdirəcək xəbər verib.

O, transplant əməliyyatı üçün namizəd seçilib. Həkimlər onun yaralanmış üzünü dəyişdirərək yeni üzlə əvəz edəcəyini deyib.

Ancaq əməliyyat riskli olacaqdı. Karmenin imunitet sistemi illər davam edən tibbi müalicədən sonra zəyif düşmüşdü və onun bədəni yeni üzü rədd edəbilərdi.

Donor tapmaq bir ilə yaxın vaxt çəkdi. 54 yaşlı Çeril Rayterin ifliç nəticəsində vəfat etmişdi. Onun qızı Marinda anasının ağ ciyərini, böyrəklərini və qol toxumalarını dörd fərqli insana bağışlamışdı. O, anasının sifətini də başqa adama köçürülməsinə razılaşdı.
"Mən anamın məramlı olduğunu hiss etdim. O vəfat etdikdən sonra mən bunu hiss etdim. Mən bu gücü qanımda hiss etdim. Bu gücün hardan gəldiyini bilmirdim amma bu mənə bəzi qərarlar verməmi deyirdi. Üzün köçürülməsi və digər bədən üzvlərin bağışlanması böyük qərar və həmçinin asan idi. Çünki anam hər kəsə, hər bir vəziyyətdə kömək edən şəxsiyyətə sahib idi."

Fevral ayında 17 saat sürən əməlyat nəticəsində həkimlər müvəffəqiyyətlə Çerilin üzünü Karmenə köçürüblər. Bir neçə həftə sonra Karmen yeni sifəti ilə dünya qarşısına çıxıb.

"Bu düşündüyüm kimi dramatik olmayıb, özümü yaxşı hiss etdim və - ah bu çox qəlizdir"- deyə Karmen bildirib.

Karmen indiyədək 60-dan çox əməliyyatdan keçib. Onun gözlərinin birində görmə bərpa edilib və bir gün sifətinin əzələlərinin 80 faizinin normal funksiya göstərəcəyinə ümid edir.
XS
SM
MD
LG