Accessibility links

Tərəfdarları Aunq San Suu Kyinin parlamentə seçildiyini deyirlər

  • Amerikanın səsi

Birmada demokratiya tərəfdarları müxalifət lideri Aunq San Suu Kyinin parlamentin aşağı palatasına keçirilən seçkilərdə qalib gəldiyini deyirlər.

Nobel mükafatı laureatının rəhbərlik etdiyi Milli Demokratriya Liqası səsvermə bitdikdən az sonra qələbəni elan edib. Xanım San Suu Kyinin Ranqun vilayətinin cənubunda iki rəqibini böyük səs fərqi ilə məğlub etdiyi deyilir. Qələbə elan edildikdən dərhal sonra Ranqunda bayram şənlikləri başlayıb.

Əgər təsdiq olunarsa bu, yarım əsr hərbi diktatura vəziyyətində olan ölkə üçün tarixi dəyişiklik hesab edilə bilər.Milli Demokratriya Liqasının namizədləri başqa 45 dairədə seçkilərə qatılıb. Bu dairələrdəki nəticələr hələlik məlum deyil.

XS
SM
MD
LG