Accessibility links

Tunisdə nazirlər iqtidar partiyasından istefa verir


Tunisdə nazirlər iqtidar partiyasından istefa verir
Tunisdə nazirlər iqtidar partiyasından istefa verir

Tunisin dövlətə məxsus televiziyasının verdiyi məlumata görə, Tunisin müvəqqəti hökumətinin nazirləri hakimiyyətdən salınmış prezident Zine El Abidine Ben Əlinin iqtidarda olan partiyasından istefa veriblər. Bu , müxalifət nazirlərinin iqtidarda olan partiyanın hələ də siyasətə təsir etdiyini deyərək, müvəqqəti hökumətdən istefa verməsindən bir neçə gün sonra baş verib. Bazar ertəsi günü baş nazir Məhəmməd Ğannuçi əvvəlki kabinetdə olan müdafiə, daxili və xarici işlər, habelə maliyyə nazirlərinin öz vəzifələrindən qaldıqlarını elan etmişdi. Cınab Ğannuçi və müvəqqəti prezident Fuad Mebazaa hakimiyytədən salınmış prezidentdən özlərinin uzaqlaşdırmaq üçün iqtidar partiyasından istefa veriblər.

XS
SM
MD
LG