Accessibility links

Tunisin keçmiş prezidenti ona qarşı irəli sürülmüş ittihamları rədd edir


Tunisin keçmiş prezidenti ona qarşı irəli sürülmüş ittihamları rədd edir
Tunisin keçmiş prezidenti ona qarşı irəli sürülmüş ittihamları rədd edir

Tunisin keçmiş prezidenti Zine əl-Abidin Bin Əli onun iştirakı olmadan keçiriləcək məhkəmədən öncə ona qarşıə bütün ittiharmları rədd edib. Cənab Əlinin vəkili Əkrəm Azuri bu gün bildirib ki, keçmiş prezident Tunisin qarmaqarışıqlıq dövründən çıxacağına ümid bəsləyir. Cənab Əli kütləvi nümayişlər nəticəsində onun 23 illik hakimiyyətinə son qoyulduqdan sonra yanvar ayında Səudiyyə Ərəbistanına getmişdir. Tunis rəsmiləri keçmiş prezidentə qarşı qətl və narkotiklərin qanunsuz dövriyyəsi daxil olmaqla bir sıra ittihamları irəli sürməyi hazırlaşır. Rəsmilər cənab Əlinin hərbi və mülki məhkəmədə mühakimə ediləcəyini bildirir. Səudiyyə rəsmiləri Tunusin keçmiş prezident və onun həyat yoldaşı Leyla Trabelsinin ekstradisiyası haqda müraciətinə hələ cavab verməyib.

XS
SM
MD
LG