Accessibility links

Keçən ilin yayında hökumətə qarşı nümayişlər zamanı başından vurularaq yaralanan 15 yaşlı yeniyetmənin ölüm xəbərindən sonra bu gün Türkiyənin iki böyük şəhərində etiraz aksiyalarına çıxan insanlarla polis arasında qarşıdurma olub.

Keçən ilin iyun ayının 16-da İstanbulda polislə nümayişçilərin qarşıdurması zamanı
çörək almaq üçün küçəyə çıxan Berkin Əlvan başından vurularaq komaya düşmüşdü.

Polis yeniyetmənin ölüm xəbərinə etiraz edən çoxu Yaxın Şərq Texniki Universitetinin tələbələri olmaqla, Ankaranın əsas yolunu bağlamağa çalışan 2 minə yaxın insana qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib.

İstanbul polisi də Berkin Əlvanın vəfat etdiyi xəstəxana qarşısına toplaşan etirazçıları gözyaşardıcı qazdan istifadə etməklə dağıdıb.






XS
SM
MD
LG