Accessibility links

Türkiyədə partlayış zamanı dörd nəfər həlak olub


Türkiyədə Yahsihan şəhərində silahlı qüvvələrə məxsus binada partlayış nəticəsində silah anbarında çalışan dörd nəfər həlak olub. Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, binada baş vermiş partlayış yanğına səbəb olub. Yerli rəsmi Ferhat Özen Kırıkkala vilayətində baş vermiş partlayışın səbəblərinin araşdırıldığını bildirib. 1997-ci ildə silah zavodunda baş vermiş partlayış Kırıkkaladan insanların təxliyyə edilməsi ilə nəticələnmişdir. Partlayış nəticəsində yanğının söndürülməsi günlərlə vaxt aparmışdı.

XS
SM
MD
LG