Accessibility links

Türkiyədə terror hücumuna görə məsuliyyəti öz üzərinə götürən olmayıb


Türkiyənin cənub-şərq bölgəsində Suruçda intiharçı bomba hücumu zamanı ölənlərin sayının 31-ə çatdığı bildirilir. Hadisə zamanı 100 nəfərə qədər insan yaralanıb.

Bazar ertəsi həyata keçirilən terror hücumuna görə məsuliyyəti öz üzərinə götürən olmasa da, Türkiyə rəsmiləri bu hücumun İslam Dövləti yaraqlıları tərəfindən həyata keçirildiyini deməyə ciddi əsas olduğunu bildirib.

Dünən həyata keçirilən bomba hücumunun hədəfi sərhəd yaxınlığında, Suriyanın Kobani şəhərində bərpa işlərinə yardım etmək istəyən universitet tələbələri olub.

Bazar ertəsi Kiprə səfər edən Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan hücumu qınayaraq, bunun terror aktı olduğunu deyib.

Hadisənin baş verdiyi Suruç şəhəri Suriyadan pənah gətirmiş qaçqınların böyük düşərgəsinin yerləşdiyi yerdir. Bu şəhər Suriya sərhədində kürd ordusu ilə İslam Dövləti qrupunun yaraqlıları arasında şiddətli döyüşlərin getdiyi Kobani şəhəri yaxınlığındadır.

XS
SM
MD
LG