Accessibility links

Selim Yenel:"Türkiyə model ola bilməz"


Selim Yenel:"Türkiyə model ola bilməz"
Selim Yenel:"Türkiyə model ola bilməz"

ABŞ-da səfərdə olan Türkiyə xarici işlər nazirinin yardımçısı Selilm Yenel deyib ki, Yaxın Şərq və Şimali Afrikada baş verən hadisələr Türkiyə və Birləşmiş Ştatlar arasında əməkdaşlığın artırılmasına gətirib çıxarıb. Türkiyə rəsmisi bunları Vaşinqtonda Alman Marşal Fondunda keçirilən tədbir zamanı çıxışında deyib. Selim Yenel Türkiyənin bu ölkələr üçün model ola bilməyəcəyini bildirib. O deyib ki, hər ölkənin öz xüsusiyyətləri var. “Region ölkələri Türkiyədən nümunə götürə bilər. Lakin model ola bilmərik, Türkiyənin ən başlıca xüsusiyyəti onun dünyəvi prinsiplərə əsaslanan bir ölkə olmasıdır. O ölkələrin çoxu isə şəriət qanunlarına əsaslanır.”-deyə o bildirib.

Selim Yenel regionda hadisələr inkişaf etdikcə Türkiyə və ABŞ arasında əməkdaşlıq formaları haqda danışıb. O, Liviyada proseslərin hakimiyyətin qan tökülmədən dəyişdiyi Misir və Tunisdən fərqli inkişaf etdiyini qeyd edib. Diplomatın sözlərinə görə, Türkiyə Liviyaya xaricdən müdaxilənin əleyhinədir.Lakin o əlavə edib ki, hadisələrin inkişafı ABŞ administrasiyası ilə əlaqələndirilmiş şəkildə müzakirə edilir. “Hər iki tərəf, həm biz, həm də ABŞ məsələyə olduqca ehtiyatla yanaşır. Biz hadisələrin necə inkişaf edəcəyini bilmirik.”-deyə səfir qeyd edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG