Accessibility links

Türkiyədə beşinci gündür hökumət əleyhinə yürüşlər davam edir. Cümə günündən bəri insanlar hakim partiyanın ölkədə islam qanunlarını tətbiq etməsi cəhdinə etiraz edir.

Ankara və İstanbulda polislə nümayişçilər arasında qarşıdurma olub. Əvvəlki günlər olduğu kimi bu gün də polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Şəhər küçələrində barrikadalar qurulub.

Həmkarlar İttifaqı 250 min işçinin çərşənbə axşamından etibarən ikigünlük tətil elan etdiyini bildirir.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nümayişçilərin terrorçularla qol-qola gəzdiyini və onların türk xalqının dəstəyinə malik olmadığını deyib.

Türkiyə prezidenti Abdulla Gül türkləri sakitliyə çağırıb, lakin onların etiraz etmək hüquqlarını müdafiə edib.

Türkiyənin digər şəhərlərində də nümayişlər keçirilib.

ABŞ Türkiyədə polisin nümayişçilərə güc tətbiq etməsindən narahatlığını bildirib. Ağ Evin sözçüsü Cey Karni tərəfləri zorakılıqlara yol verməməyə çağırıb. O, dinc nümayişlərin hər bir demokratiyanın əsasını təşkil etdiyini deyib.

ABŞ dövlət katibi Con Kerri də eyni mövqedən çıxış edərək, insanların etiraz haqqını müdafiə edib.
XS
SM
MD
LG