Accessibility links

Ərdoğan: Fəthullah Gülən hərəkatına “gedən hər bir qəpik Türkiyə xalqına açılan güllədir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay uğursuz nəticələnən çevriliş cəhdinin arxasında dayanan ABŞ-da yaşayan ruhani şəxslə əlaqəsi olduğu güman edilən biznesləri hədəf alacağına söz verib.

Cümə axşamı Ankarada ticarət palatasının liderləri ilə görüşən Ərdoğan Fəthullah Gülən hərəkatına “gedən hər bir qəpiyin Türkiyə xalqına açılan güllədir” deyib.

“Biz bu güllələri bizim insanlara atanlar kimi onları maliyyələşdirənləri də əfv etməyəcəyik. Hazırda bu təşkilatın hər bir məktəbi, hər bir idarəsi terror yuvasıdır. Bu təşkilata aid hər bir biznes, xeyriyyə, assosiasiya terror təşkilatıdır,” deyə Ərdoğan bildirib.

Ərdoğan 1999-cu ildən bəri ABŞ-ın Pennsilvaniya ştatında yaşayan Güləni terrorçu adlandırıb və Birləşmiş Ştaltarı onu Türkiyəyə ekstradisiya etməyə çağırıb. Gülən bu ittihamları rədd edib və çevriliş cəhdini qınayıb.

Ötən ay iğtişaşçı əsgərlər höküməti devirməyə cəhd etdiyində döyüş təyyarələri, helikopterlər və tankların şəhərə çıxarması nəticəsində yüzlərlə insan ölüb.

Ordu, ədliyyə, təhsil və dövlət qulluğunda çalışan insanlar həbs edilib, vəzifələrindən uzaqlaşdırılıb və ya istintaq altına alınıb. Bu isə prezident Ərdoğanın müxalifətə qarşı repressiyalar aparmaq məqsədilə uğursuz çevriliş cəhdindən sui-istifadə etdiyinə dair iddialara səbəb olub.

XS
SM
MD
LG