Accessibility links

Türkiyə hökuməti ölkəyə iki ən yüksək rütbəli hərbi komandan təyin edib


Razılıq Türkiyədə mülki hakimiyyətlə hərbi qanad arasındakı qarşıdurmadan doğan qeyri-müəyyənliyə son qoyub

Türkiyə hökuməti ölkənin iki ən yüksək rütbəli komandirlərinin təyin edilməsi ilə bağlı hərbçilərlə razılığa gəlib. Bu gün açıqlanan razılıq Türkiyədə mülki hakimiyyətlə hərbi qanad arasındakı qarşıdurmadan doğan qeyri-müəyyənliyə son qoyur. Hökumət general Erdal Ceylanoğlunu ordu komandanı təyin edərək, hazırda quru qüvvələrinin komandanı olan general İşık Kosanerə NATO-nun ikinci ən iri hərbi qüvvəsinə rəhbərliyi həvalə edib.

İslamçı təmayüllü hökumətlə dünyəvi hərbi qurum arasında cərəyan edən qarşıdurma nəticəsində Ali Hərbi Şurasının avqustun 4-dəki illik iclası bu iki vəzifəni doldura bilməmişdi. Baş nazir Rəcəb Təyyib Ərdoğan general Həsən İğsızın iki nömrəli posta gətirilməsini təsdiq etməkdən imtian etmişdi. İttihamçılar general İğsızın cənab Ərdoğana qarşı internetdə aparılan kampaniyaya qoşulduğuna görə baş nazirin belə mövqe sərgiləməsindən şübhələnirlər.

XS
SM
MD
LG