Accessibility links

Türkiyədə 20 adam rüşvət ittihamı ilə həbs edilib


Türkiyədə 20 adam rüşvət ittihamı ilə həbs edilib
Türkiyədə 20 adam rüşvət ittihamı ilə həbs edilib

Türkiyə polisi vəkillər və iki sabiq yüksək rütbəli məhkəmə hakimi daxil olmaqla 20 adamı rüşvət istintaqı ilə bağlı həbs edib. Dövlətə məxsus Anadolu xəbər agentliyi xəbər verir ki, şübhəlilər İstanbuldakı dünya ticarət mərkəzinin yeri ilə üzərində sövdələşmədə rüşvət alış-verişi üstündə həbs olunublar. Tutulanlardan ikisi Türkiyə Ali Appelyasiya Məhkəməsinin hakimləridir. Hürriyet qəzeti həbs olunanların 13-nün vəkil olduğunu xəbər verir. İstanbul Ticarət Palatasının rəhbəri də dindirilmək üçün axtarışdadır.

XS
SM
MD
LG