Accessibility links

Suriyanın sərnişin təyyarəsi Ankarada endirilib


Türkiyənin dövlət televiziyası Suriyanın sərnişin təyyarəsinin Ankarada endirildiyini bildirib. Təyyarənin endirilməsinə səbəb silah daşınmasına dair şübhələr olub. Hazırda təyyarə yoxlanışdan keçir.

Suriya hökuməti məlumata münasibət bildirməyib. Məlumat Türkiyənin silahlı qüvvələrinin komandanının Suriyanın hücumlarına cavab veriləcəyinə dair xəbərdarlığından sonraya təsadüf edir.

General Nəcdət Özəl bu barədə xəbərdarlığı Türkiyənin sərhəd bölgəsində Suriyadan edilən hücumlar zamanı 5 nəfərin ölümü ilə nəticələnən Akcakale kəndinə səfəri zamanı edib.

Türkiyə Suriyanın bu hücumuna günlərlə artilleriya ilə cavab verib.

BMT baş katibi Ban Gi Mun bu həftənin əvvəlində Türkiyə ilə Suriya arasında baş qaldıran münaqişəyə görə narahatlığını ifadə edib.

İslam Əməkdaşlığı Təşkilatıın İstanbul görüşü zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya hökumətinin bütöv islam dünyasına təhlükə olduğunu bildirib. 99 000 Suriya qaçqının Türkiyədə sığınacaq tapdığını diqqətə çatdıran Ərdoğan zorakılıqların davam etdiyi təqdirdə, qaçqın axının artacağı barədə xəbərdarlıq verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG