Accessibility links

Türkiyənin cənub-şərqində bomba hücumu baş verib


Türkiyənin təhlükəsizlik rəsmiləri xəbər verir ki, ölkənin cənub-şərqində yola yerləşdirilmiş bombanın partlaması nəticəsində üç polis əməkdaşı həlak olub və dördü yaralanıb.

Rəsmilər deyir ki, hadisə bazar günü axşam saatlarında Suriya sərhədinə yaxın Şırnak vilayətinin İdil qəsəbəsində baş verib.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Təhlükəsizlik qüvvələri hücumun PKK tərəfindən törədildiyini güman edir.

Türkiyə qüvvələri ölkə boyunca PKK yaraqlıları ilə mübarizə aparır.

Türkiyə, Birləşmiş Ştatlar və Avropa İttifaqı PKK-nı terror qrupu kimi tanıyıb.

1984-cü ildən bəri Türkiyə və PKK arasında başlayan münaqişə nəticəsində 40 min insan həlak olub.

XS
SM
MD
LG