Accessibility links

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin cənub-şərq bölgəsində Suriya ilə sərhəd yaxınlığında həyata keçirilən terror hücumu zamanı azı 28 nəfərin öldüyünü, 100-ə yaxın insanın isə yaralandığını bildirib.

Nazirlik hücumun ölkənin birliyini hədəf aldığını bildirirərək, insanları təmkin göstərməyə çağırıb. Daxili İşlər Nazilrliyi bildirib ki, ölənlərin sayı daha çox ola bilər.

Hadisənin baş verdiyi Suruc şəhəri kürd ordusu ilə İslam Dövləti qrupunun yaraqlıları arasında şiddətli döyüşlərin getdiyi Suriyanın sərhədindəki Kobani şəhəri yaxınlığındadır. Burada Suriyadan pənah gətirmiş qaçqınların böyük düşərgəsi yerləşir.

Reuters xəbər agentliyi də partlayışın Kobanidə baş verdiyini, lakin hücumun səbəbinin məlum olmadığı haqda məlumat verib. Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu maşına yerləşdirilmiş bombanın kürd ordusunu hədəf aldığını bildirib.

XS
SM
MD
LG