Accessibility links


Somali paytaxtı Moqadişuda intiharçı partlayıcılarla dolu maşını Türkiyə səfirliyinin işçilərinin yaşadığı binaya çırpıb. Bomba hücumu nəticəsində üç nəfər ölüb.

Bu ayın əvvəli Ramazan dövrü hücumları intensivləşdirəcəyini elan edib Əl-Şəbəb Tvitter hesabında Moqadişuda hücumun məsuliyyətini öz üzərinə götürüb.

Hadisə nəticəsində üç nəfərin öldüyü, doqquz adamın yaralandığı bildilir. Türkiyə hökuməti hadisə ilə əlaqədar bəyanatla çıxış edərək, hücumu pisləyib.

Türkiyə 2011-ci ildən etibarən Somalidə bərpa səylərinin önündə gedərək, ölkəyə 400 milyondan çox maliyyə yardımı edib.

Bu, islamçı Əl-Şəbəb yaraqlılarının silsilə hücumlarının sonuncusudur.

Əl-Şəbəb iki il bundan əvvəl Somali və Afrika Birliyi qüvvələri tərəfindən bölgədən çıxarılıb. Lakin qrupun son iki ay ərzində Moqadişuda beynəlxalq nümayəndəliklərə qarşı hücumlarında onlarla insan həlak olub.
XS
SM
MD
LG