Accessibility links

Suriyanın şimalında Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar kürdlərin başçılıq etdiyi qrupun nəzarəti altında olan azı dörd kənd və bir şəhərin nəzarətini geri alıb. Məlumatda deyilir ki, ərazidə Türkiyə hava hücumları nəticəsində azı 35 mülkü vətəndaş həlak olub.

Britaniyada qərargahlanmış Suriya İnsan Haqlarının Müşahidəsi qrupu bildirib ki, bazar günü Cub-əl-Kosa kəndində baş vermiş hücumda 20 nəfər öldürülüb. Əl-Armana şəhərinə edilmiş hava hücumu nəticəsində isə 15 mülkü vətəndaş ölüb, 20 nəfər isə yaralanıb.

Türkiyə hərbi qüvvələrinin rəsmisi bazar günü Suriyanın şimalında baş vermis hücumda 25 kürd yaraqlısının öldürüldüyünü bildirib. Lakin mülkü vətəndaşların öldürülməsi xəbərini təkzib edib.

Türkiyə əsgərlərinin Suriyaya reydi Ankaranın Suriya müharibəsinə müdaxilə etməsi hesab edilir. Bu isə regionda sabitsizliyi bir qədər də artırır.

Kampaniyanın məqsədi ABŞ-ın dəstəklədiyi kürd qüvvələri və İŞİD yaraqlılarını Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Carablus şəhərindən azad etməkdir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bazar günü nümayişdə bildirib ki, Türkiyənin dəstəklədiyi qüvvələr Carablus şəhərini İŞİD qüvvələrindən geri aldıqdan sonra şəhər sakinləri evlərinə qayıdmağa başlayıb.

Digər bir xəbərdə isə İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, şənbə günü Suriya hökumət qüvvələrinə məxsus vertolyot Hələbin şərqində Maddi rayonunda yas mərasiminin keçirildiyi yerə iki barrel bombası atıb. Hadisə nəticəsində 23 nəfər ölüb.

XS
SM
MD
LG