Accessibility links

Prezident Trumanın nəvəsi atom hücumu qurbanlarını yad etmək üçün Yaponiyaya gəlib


1945 ildə Yaponiyaya atom bombası atılmasına əmr vermiş sabiq ABŞ prezidenti Harry Trumanın nəvəsi Hiroşimada nüvə hücumunun qurbanlarına həsr olunmuş xatirə mərasiminə qatılıb.

Klifton Truman Daniel Yaponiyaya "Sadako İrsi" adlı özəl sülh təşkilatının dəvəti ilə gəlib. Truman avqustun 6-da Hiroşimada, 9-da Naqasakidə atom hücumlarının 67-ci ildönümü mərasimlərində iştirak edəcək.

O, Truman ailəsinin bu mərasimlərdə iştirak edən ilk üzvüdür. Hər il on minlərlə yapon hücumlar və onlardan sonrakı radiasiya nəticəsinə ölmüş 200 000 adamın xatirəsini yad edir.
XS
SM
MD
LG