Accessibility links

Amerika nəqliyyat komandanı Azərbaycandadır


Amerika nəqliyyat komandanı Uilyam Freyzerin prezident Ilham Əliyevlə görüşdə
Amerika nəqliyyat komandanı Uilyam Freyzerin prezident Ilham Əliyevlə görüşdə

Uilyam Freyzer Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirib

Amerika nəqliyyat komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

U.Freyzer mayın 1-də prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycan ilə Amerika arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatda uğurlu inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunaraq müdafiə sahəsində əməkdaşlığın da yüksək səviyyədə olduğu vurğulanıb.

ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzer Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirib.

Azərbaycan müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə naziri ilə görüşdə ABŞ-Azərbaycan əlaqələri, regionda vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
XS
SM
MD
LG