Accessibility links

Ukrayna prezidenti ölkənin şərq bölgəsinə xüsusi status veriləcəyini deyib


Ukrayna prezidenti Petro Poroşenko deyib ki, o, separatçıların olduğu ölkənin şərq bölgəsinə Ukraynanın tərkibində olmaq şərtilə muxtariyyat verilməsi barədə qanun layihəsini parlamentə gələn həftə təqdim edəcək. Cənab Poroşenko kabinet iclasının çərşənbə gününə keçirildiyini bəyan edib.

Prezident separatçıların nəzarətində olan Donetsk və Luqansk bölgələrinə xüsusi status verililəcəyini deyib, lakin həmin bölgələrin federalizasiya və ya müstəqilliyi ilə bağlı hər hansı müzakirənin mümkün olmayacağını bildirib.

Bu arada, Rusiya və Ukryana rəsmiləri cəbhə xəttində atəşkəsə əsasən riayət olunduğu haqda xəbər verirlər.

XS
SM
MD
LG