Accessibility links

Ukraynanın hərbi sözçüsü deyib ki, beş gün əvvəl atəşkəs barədə əldə edilmiş razılığa baxmayaraq rusiyapərəst separatçılar bu gecə Ukrayna hərbi mövqelərini atəşə tutub.

Anatoli Stelkmax deyib ki, üsyançılar hücumları əsasən Donetskin ətraf bölgələrinə yönəldib, qərbdə Kurakov kəndini atəşə məruz qoyub.

Mariupol liman şəhəri yaxınlığında yerləşən Berdyansk kəndinə gecə saatlarında artileriya və minaatanlarla hücum edilib.

Stelmax həmçinin Rusiyanın hərbi təchizatını Ukrayna ərazisinə gətirməkdə davam etdiyini deyib. Bura Mariupol şəhəri yaxınlığında yerləşən Novoazovski istiqamətində göndərilən tanklar daxildir.

Bu gün Mariupol yaxınlığında döyüşlərin getdiyi barədə məlumatlar verilir.

Ukraynanın şərqində yerləşən mühüm liman şəhəri Mariupol ötən il Ukrayna qüvvələri şəhərə nəzarəti ələ alanadək intensiv döyüşlərə səhnə idi.

XS
SM
MD
LG