Accessibility links

Ukraynanın hücumu nəticəsində Belqorodda 8 nəfər yaralanıb


Cümə axşamı rəsmilər Rusiyanın qərb bölgəsində Ukraynanın hava hücumu nəticəsində azı 8 nəfərin yaralandığını bildirib.

Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında hücum nəticəsində 20-dən çox binanın zədələndiyini yazıb.

Rusiya Müdafiə Nazirliyi Belqorod səmasında Ukraynanın 15 raketini və bir pilotsuz təyyarəsini məhv etdiyini bildirib.

Qonşu Kursk vilayətinin qubernatoru Roman Starovoytun bildirdiyinə görə, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri keçən gecə Ukraynanın 3 pilotsuz təyyarəsini vurub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Rusiya Müdafiə Nazirliyi həmçinin Bryansk vilayətində 2 pilotsuz təyyarənin məhv edildiyini bəyan edib.

Ukrayna ordusu Rusiyanın gecə hücumlarında istifadə etdiyi 20 pilotsuz təyyarədən 17-ni vurduğunu bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri dronların Odesa vilayəti üzərində məhv edildiyini bildirib.

Rusiyanın hücumları nəticəsində dağıntıların olub-olmadığı barədə məlumat verilməyib.

Forum

XS
SM
MD
LG