Accessibility links

Ukrayna prezidenti rusiyalı həmkarı ilə görüşlər keçirir


Russia Ukraine

Russia Ukraine

Ukrayna prezidenti Viktor Yanukoviç Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüş keçirir. Görüş zamanı Rusiya qazının Ukraynaya daha ucuz qiymətə və ölkə üçün maliyyə yardımının təminat altına alınması müzakirə olunub.

Prezident Putinin köməkçisi Moskva danışıqlarının maliyyə yardımının həyata keçməsinə yardımcı olacağını deyib. Ukraynalı nazir isə müzakirələrin Rusiya qazının qiymətini aşağı salacağını bildirib.

Moskvada danışıqların getdiyi bir vaxt minlərlə hökümət əleyhdarı etirazçı Kiyevin Azadlıq meydanında nümayişlərə davam edir.

Nümayişlər bir ay əvvəl cənab Yanukoviçin Avropa Şurasının ticarət sazişini imzalamamasından sonra başlayıb.

Prezident Yanukoviçin partiyasından olan millət vəkilləri baş nazir Mikola Azarovla görüşərək hökumətin tərkibinin 90 faiz dəyişməsini tələb ediblər.

Ukrayna cənab Yanukoviçin Avropa Şurası ilə ticarət sazişi imzalamadığı üçün son on ildə böyük siyasi böhranla üzləşib.
XS
SM
MD
LG