Accessibility links

Ukrayna ilə Azərbaycan 5 sənəd imzalayıb


Ukrayna və Azərbaycan arasnda 5 sənəd imzalanıb
Ukrayna və Azərbaycan arasnda 5 sənəd imzalanıb
Noyabrın 18-də Kiyevdə Viktor Yanukoviç və İlham Əliyevin sədrliyi ilə Ukrayna və Azərbaycan Prezidentlər Şurasının IV iclası keçirilib.

Bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat verib.

İclasın əvvəlində Ukrayna dövlət başçısı qeyd edib ki, Ukrayna Azərbaycanla dostluq münasibətlərini, onun köməyini və dəstəyini yüksək qiymətləndirir. Azərbaycan vaxti ilə neft tədarükü ilə bağlı Ukraynaya kömək göstərib.

“Faktiki olaraq, həmin vaxt biz energetikanı, kənd təsərrüfatını xilas etdik”, deyə Ukrayna dövlət başçısı qeyd edib.

Öz növbəsində İlham Əliyev bildirib ki, Azərbaycan Ukrayna ilə münasibətlərinə dəyər verir və bu münasibətlərin gələcəkdə də inkişaf etdirilməsinə çalışacaq.

Daha sonra Yanukoviç və Əliyevin iştirakı ilə Bitkilərin müdafiəsi və karantini sahəsində hökumətlərarası saziş; 2014-2015-ci illər üçün iki ölkənin Xarici İşlər Nazirlikləri arasında aktual ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr planı; Azərbaycanın Qəbələ şəhərinin və Ukraynanın Rovnenskaya vilayətinin icra hakimiyyətləri arasında əməkdaşlıq haqqında saziş; Ukrayna Elmlər Akademiyasının Mədəniyyətşünaslıq İnstitutu və Azərbaycan Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

“Energetika sahəsində qarşılıqlı fəaliyyət prioritet məsələlərdən biridir və bizim ölkələrimizin Avropaya karbohidrogen nəqli məsələlərində səylərini birləşdirmək üçün hər cür şəraiti var”, deyə Yanukoviç bildirib.

İlham Əliyev isə qeyd edib ki, Ukrayna və Azərbaycanın yanacaq-energetika sahəsində qarşılıqlı fəal əməkdaşlığı üçün bir çox istiqamətlər var.

“Azərbaycan enerji resurslarının istehsalçısı, Ukrayna isə istehlakçısı və tranzitçisi kimi bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”, deyə o qeyd edib.

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

“Biz münasibətlərimizin, xüsusən ticari-iqtisadi münasibətlərimizin uzunmüddətli planlaşdırılmasına keçməliyik.

Məhz belə yanaşma strateji tərəfdaşlığın maksimum konkret məzmunla tamamlanmasına şərait yaradacaq”, deyə Yanukoviç bildirib.

Ukrayna prezidenti iki ölkə arasında siyasi dialoqun inkişafı və dinamikası məsələlərində Azərbaycan prezidenti ilə fikir birliyi olduğunu qeyd edib.

“Bu gün biz hökumətlərimizə aydın bir siqnal veririk ki, əldə olunanlarla kifayətlənmək olmaz”.

Onun sözlərinə görə, konstruktiv dialoq Kiyev və Bakının strateji tərəfdaşlığının inkişafına və dərinləşməsinə şərait yaradır.

Yanukoviç həmçinin qeyd edib ki, İlham Əliyevlə danışıqlar zamanı infrastruktur layihələrinin həyata keçirilməsi mümkünlüyü müzakirə olunub

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG