Accessibility links

Ukraynanın Debaltsevo şəhərində döyüşlər davam edir


Atəşkəsə əsasən hər iki tərəf şəhərdən ağır silahları çıxarmalıdır

Rusiyapərəst separatçılar və Ukrayna hərbi qüvvələri şərqi Ukraynada strateji əhəmiyyətli şəhərdən silahları çıxarmaqdan imtina edir. Beynəlxalq vasitəçilərin köməyi ilə imzalanan atəşkəsə baxmayaraq, şərqi Ukraynada döyüşlər səngimir.

Bazar günü qüvvəyə minən atəşkəs nəticəsində müharibə zonasının hər bir tərəfində hərbi əməliyatlar azalsa da, Kiyevin nəzarətində olan, lakin separatçılar tərəfindən mühasirə edilmiş Debaltsevo şəhərində döyüşlər davam edir.

Atəşkəsə əsasən, hər iki tərəf ağır silahları çərşənbə axşamı çıxarmağa başlamalı idi. Lakin son möhlət bitsə də hər iki tərəf bu addımı birinci atmayacağını bildirib.

Üsyançıların nümayəndələri, Ukrayna, Rusiya və ATƏT arasında baş tutacaq telefon söhbəti zamanı sülh sazişi və silahların çıxarılmasının müzakirə olunacağı gözlənilir.

Atəşkəsə nəzarət etmək ATƏT-in öhdəliyindədir, lakin üsyançılar ATƏT-in Debaltsevoya daxil olmağının qarşısını alıb. Almaniya Ukrayna və Rusiya liderləri ilə ATƏT nümayəndələrinin mühasirəyə alınmış şəhərə daxil olmasına yardım etmək haqda razılıq əldə etdiyini bildirib.

XS
SM
MD
LG