Accessibility links

Ukraynada korrupsiyaya qarşı mübarizə davam edir [Video]


Bəzi sakinlər hökümətin belə bir mühüm zamanda  özünə etimadı bərpa etmək şansını əldən verdiyini düşünür.

Ukraynada müharibə davam edir və ölkə post-Sovet dövründə yaşanan ən pis böhrandan əziyyət çəkir. Bir çox ukraynalı bu böhranın səbəbini onları Rusiyanın təcavüz təhlükəsi ilə qarşı-qarşıya qoyan korrupsiya ilə əlaqələndirir.

Korrupsiyaya görə biz ordumuzun, torpağımızın bir hissəsini itirdik. Korrupsiya üzündən biz rüşvətxor prezident seçdik və bu, Maydandakı fəlakətlə nəticələndi.

Korrupsiyaya son qoymağa çalışan Maydan İnqilabından iki il sonra, çox ukraynalı bəzi irəliləyişlərin olduğunu deyir, ancaq onlar həmçinin ölkə rəhbərliyinin rüşvətxorluq və pis idarəçiliyi aradan qaldıracağına dair vədlərini yerinə yetirməsini gözləyir.

Başqa bir yerdə bu çuxurlar sadəcə narahatlıq yaradardı, amma şərqi Ukraynada cəbhəyə yaxın İzyum şəhərinin sakinləri üçün bunlar hökümətin etinasızlığının göstəricisidir və bu da Maydan hadisələrindən iki il sonra ölkənin gələcəyini təhlükəyə atır.

Bəzi sakinlər hökümətin belə bir mühüm zamanda özünə etimadı bərpa etmək şansını əldən verdiyini düşünür.

“Onlar yolları düzəldəndə, bu onu göstərir ki, hökümət işləyir və hökümət böyük rola sahibdir.”

Ukraynada anti-korrupsiya fəalları parlament önündə yürüş keçirir. 15 iyun 2015

Ukraynada anti-korrupsiya fəalları parlament önündə yürüş keçirir. 15 iyun 2015

Əksər ukraynalıların gözündə inqilabın məqsədləri yerinə yetirilməyib. Ukrayna parlamentində anti-korrupsiya səylərinə başçılıq edən Sergey Lesçenko korrupsiyanın Ukrayna üçün ən böyük təhlükə olduğunu deyir.

“Korrupsiyaya görə biz ordumuzun, torpağımızın bir hissəsini itirdik. Korrupsiya üzündən biz rüşvətxor prezident seçdik və bu, Maydandakı fəlakətlə nəticələndi.”

Rusiyanın dəstəklədiyi qüvvələr Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarını ələ keçirdi, Moskva isə Krım yardımadasını ilhaq etdi. Korrupsiya ilə və pis idarə edilən Ukraynanın silahlı qüvvələri Rusiyanın gücü ilə yarışa bilməzdi. Bu, 2014-cü ildə baş verənlərdir.

Amerikanın Səsinə müsahibəsində Ukraynanın müdafiə naziri hazırda hər şeyin fərqli olduğunu deyir.

Ölkə dəyişib. İnsanlar dəyişib. Onlar əvvəlki kimi, keçmişdəki kimi yaşamaq istəmir.

“Bir il yarım müddətində, biz korrupsiya ittihamı ilə Müdafiə Nazirliyindən 200-dən çox hərbi rəsmi və dövlət qulluqçusunu qovmuşuq.”

Yeni elektron tender sisteminə keçməklə milyonlarla dollara qənaət olunub, daha çox avadanlıq alınıb, hərbi büdcə və işçi qüvvəsi artıb.

“Ölkə dəyişib. İnsanlar dəyişib. Onlar əvvəlki kimi, keçmişdəki kimi yaşamaq istəmir.”

Kiyevdə küçə səviyyəsindəki korrupsiya yoxa çıxıb. Sakinlər yol polisinin artıq rüşvət tələb etmədiyini deyir, amma yenə də ictimai fikir ondan ibarətdir ki, korrupsiya hələ də davam edir- əsasən də bizneslərə nəzarət edən oliqarxlar arasında.

Ukrayna prezidenti Petro Poroşenko

Ukrayna prezidenti Petro Poroşenko

“Düzünü desən, şəxsən mən heç bir korruspiya halına rast gəlməmişəm, çünki heç bir böyük bizneslə əlaqəm yoxdur. Amma eyni zamanda hazırda vəziyyətin o qədər də dəyişdiyini düşünmürəm, çünki korrupsiya hələ də davam edir.”

Bir zamanlar küçə satıcıları rüşvətxor polisin hədəfinə çevrilmişdi. Bu son iki ildə isə onlar ayağa qalxıb. Bu qəhvə satıcısı kameraya danışmaqdan imtina etdi, amma onun vaqonetindəki yazıda “o vergilərini ödəyir, onun biznesi qanunidir və o, rüşvət ödəməyəcək” yazılıb. Bu yazıda o, polisə həqiqi cinayətkarları tutmağı məsləhət görür. Ən sonda isə “siz bizi sındıra bilməyəcəksiniz” yazılıb.

Ukrayna korrupsiyaya qarşı mübarizədə böyük yol qət etsə də, qarşısında hələ daha da uzun yol var.

Maydandan iki il sonra ukraynalılar gələcəyin verilən sözlərdən deyil, atılan addımlardan asılı olduğunu anlayır.

XS
SM
MD
LG