Accessibility links

Ukrayna separatistlərin atəşkəs çağırışını rədd edib


Ukraynanın ordu sözçüsü Andriy Lısenko rusiyapərəst separatistlərin atəşkəs çağırışını rədd edərək, onları ağ bayraq qaldırıb, silahları yerə qoymağa çağırıb.

Bir gün əvvəl separatistlər Ukraynada humanitar fəlakətə yol verməmək üçün atəşi dayandırmağa hazır olduqlarını bildirib.

Lakin daha sonra onlar sözlərini geri götürərək, atəşkəsin qarşılıqlı olmasının vacibliyini vurğulayıb.

Hökumət qüvvələri isə Donetsk və Luqanskda separatistlərə qarşı hücumları davam etdirir. Donesk və Liqansk şəhərlərinin sakinləri qızğın döyüşlər getdiyini bildirib.

Rusiya Ukrayna ilə sərhəd bölgələrə əlavə qüvvələr yerləşdirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın şəqr bölgələrinə yardımların gecikdirilməməli olduğunu deyərək, məsələnin prezident Putinin nəzarəti altında olduğunu bildirib.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power Təhlükəsizlik Şurasının yığıncağında deyib ki, Rusiyanın müharibə şəraitində olan şərqi Ukrayna üçün təklif etdiyi humanitar dəhlizi yalnız beynəlxalq yardım təşkilatları reallaşdıra bilər.

Səfir deyib ki, Rusiyanın Ukraynaya hansısa humanitar missiya pərdəsi altında birtərəfli müdaxiləsi “tamamilə qəbuledilməz və həyəcan doğurandır.”

XS
SM
MD
LG