Accessibility links

Fransa paytaxtı Parisdə keçirilən İraq toplantısında Ukraynanın da müzakirə mövzusu olacağı gözlənilir.

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi bildirib ki, dövlət katibi Con Kerri hadisələri müzakirə etmək üçün bir neçə xarici işlər naziri ilə görüşəcək. Rəsmi dövlət katibi ilə səfər edən jurnalistlərə bildirib ki, belə məlum olur ki, ruslar Donetsk sərhədlərinə öz sərhədləri kimi münasibət göstərir.

Bu arada dünən səhər saatlarında Rusiyanın yardım konvoyunun ilk yük maşınları Ukraynanın şərqində sərhədi keçərək Luqansk şəhərinə yardım aparıb. Ukraynanın şərqində vəziyyəti müşahidə edən ATƏT bildirib ki, 216 maşınlıq konvoyun ilk bir neçə maşını Rusiyanın sərhəd mühafizəçiləri və gömrük işçiləri tərəfindən ötəri yoxlanıb, yerdə qalanlar isə yoxlanmayıb. Konvoyu nə Qırmızı Xaç, nə də Ukrayna tərəfi yoxlayıb. Bütün yük maşınları dünən axşam Rusiyaya geri qayıdıb.

Ukrayna ordusu deyib ki, onlar Donetsk hava limanında üsyançı hücumunun qarşısını alıb. Qərb jurnalistləri də şənbə günü aeroportda ağır döyüşlərin getdiyini təsdiq edib.

XS
SM
MD
LG