Accessibility links

Poroşenko separatçılara qarşı mübarizəni gücləndirməyə çağırır


Ukrayna prezidenti Petro Poroşenko Slavyanskın Rusiya tərəfdarı separatçılardan azad edilməsindən bir gün sonra hərbi qüvvələri separatçılara qarşı mübarizəni gücləndirməyə çağırıb. Cənab Poroşenko Slavyanskın nəzarətinin geri alınmasının böyük rəmzi əhəmiyyəti olduğunu deyib.

Ukrayna qüvvləri üsyançıları geri çəkərək, Slavyansk və separatçılasın istinadgahı olan Donetsk arasında dörd kiçik şəhərin nəzarətini geri alıb. Ukrayna əsgərləri Rusiya ilə səhəd yaxınlığınd üsyançıların nəzarəti altında olan Luqansk şəhərini atəşə tutub.

Donetskdə üsyançıların lideri Denis Puşilin Slavyanskda məğlubiyyətdən sonra üsyançıların məğlub olduğunu etiraf edib, lakin separatçıların Donetskdə müdafiəsinin “dönüş nöqtəsi” olacağını qabaqcadan söyləyib.

Ukraynanın Müdafiə naziri Valeri Heletey silahı yerə qoymayan üsyançıların öldürüləcəyinə söz verib.

Slavyansk aprel ayında separatçıların hökumət binaları və polis idarələrini ələ keçirdikdən sonra onların nəzarətində idi. Ukrayna hərbi qüvvələrinin şəhərə nəzarəti geri alması artıq bir neçə aydır üsyanı yatırmağa çalışab Kiyev hökuməti üçün mühüm qələb hesab edilir.

Cümə günü çıxışında cənab Poroşenko Rusiya və üsyançılarla danışıqların yeni raundunun keçirilməsinə hazır olduğunu deyib.

XS
SM
MD
LG