Accessibility links

Ukraynada atəşkəsə bir neçə saat qalmış döyüşlər gedir


Ukraynada münaqişəyə son qoymaq məqsədilə razılaşdırılmış atəşkəsin qüvvəyə minməsindən öncə Ukrayna hərbi qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında döyüşlər davam gedir.

Belarus paytaxtı Minskdə Ukrayna, Rusiya, Fransa və Almaniya liderləri tərəfindən əldə edilmiş atəşkəs yerli vaxtla gecə saat 12-də qüvvəyə minməlidir.

BMT Təhlükəsizlik Şurasının bazar günü atəşkəsə dəstək məqsədil fövqəladə iclası keçirəcəyi gözlənilir. BMT diplomalatı 15 üzvü olan Təhlükəsizlik Şurasının bütün tərəfləri atəşkəsə əməl etməyə çağıran Rusiya tərəfindən hazırlanmış qətnaməyə səs verəcəyi gözlənilir.

Birləşmiş Ştatlar cümə günü Rusiyanı Ukraynanın şərqində Rusiya tərəfdarı döyüşçülərə hərbi təchizat və avadanlıq göndərməkdə ittiham edib.

Rusiya 5 min 400 insanın ölümü və minlərlə insanın yaralanması ilə nəticələnmiş döyüşlərdə separatçılar yardım məqsədilə sərhəd boyu əsgəri qüvvə və hərbi təchizat göndərdiyini rədd edir.

XS
SM
MD
LG