Accessibility links

Ukraynanın cənub-şərqində qatarla avtobus toqquşub


Ukraynanın cənub-şərqində qatarla avtobus toqquşub
Ukraynanın cənub-şərqində qatarla avtobus toqquşub

Bu gün Ukraynanın cənub-şərqində, yerli vaxtla səhər saat 9:25-də Marqanets şəhəri yaxınlığında qatar toqquşması nəticəsində azı 41 nəfərin öldüyü, onlarla insanın isə yaralandığı bildirilir. Şahidlər qatarın xəbərdarlıq siqnalı verməsinə baxmayaraq avtobusun buna məhəl qoymadığını və dəmiryolundan çıxdığını deyirlər.

Ukraynanın baş naziri Mikola Azarovun bu gün qanunvericilərə hadisənın hansı səbəbdən baş verdiyini müəyyən etmək üçün təhqiqata başlanıldığı barədə məlumat verdiyi və qanunvericilərin ölənlərin xatirəsini bir dəqiqəlik sükutla andıqları deyilir. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, qatar avtobusa dəyərək 30 metr sürüyüb və ölənlərin sayı daha çox ola bilər.

XS
SM
MD
LG