Accessibility links

BMT agentliyi Şərqi Qüdsdəki qərargahını yanğından sonra bağlayıb


Birləşmiş Millətlər Təşkilatının Fələstinlilərə Yardım Agentliyinin (UNWRA) bildirdiyinə görə, yerli İsrail sakinlərinin Şərqi Qüdsdəki qərargahının ərazisində yanğın törətməsindən sonra qərargahını bağlayıb.

Birləşmiş Millətlər Təşkilatının Fələstinlilərə Yardım Agentliyinin rəhbəri Filippe Lazzarini X sosial media platformasındakı yazıda lazımi təhlükəsizlik bərpa olunana qədər kompleksi bağlamaq qərarına gəldiyini bildirib. O, cümə axşamı baş verən hadisənin bir həftdən az müddətdə ikinci dəfə olduğunu deyib.

Lazzarini "Bu, qəzəb doğuran bir hadisədir. BMT əməkdaşlarının həyatı bir daha ciddi risk altında idi" deyib.

"Birləşmiş Millətlər Təşkilatının şəxsi heyəti və obyektlərinin hər zaman mühafizəsini təmin etmək işğalçı dövlət kimi İsrail dövlətinin məsuliyyətidir" - deyə, o bildirib.

İsrailin yarandığı dövrdə, 1948-ci il müharibəsi zamanı qaçan və ya evlərini tərk etməyə məcbur edilən fələstinli qaçqınlarla məşğul olmaq üçün yaradılmış Birləşmiş Millətlər Təşkilatının Fələstinlilərə Yardım Agentliyi uzun müddətdir İsrailin düşmənçilik hədəfi olub.

İsrail polisi BMT Fələstinlilərə Yardım Agentliyi kompleksinin yaxınlığında baş verən yanğınla bağlı araşdırmaya başladığını bildirib. "Polis araşdırmasının ilkin nəticələri cinayət məsuliyyətinin qanunla müəyyən edilmiş yaş həddindən aşağı olduğu güman edilən yetkinlik yaşına çatmayanlar tərəfindən törədildiyini göstərib" deyə, polisin açıqlamasında bildirilib.

Qəzzada müharibə başlayandan bəri İsrail rəsmiləri agentliyi Qəzzadakı İslamçı HƏMAS hərəkatı ilə əlbir olmaqda günahlandıraraq, dəfələrlə təşkilatın fəaliyyətinin dayandırılmasına çağırıb. Lakin BMT bu ittihamları rədd edib.

İsrail 1967-ci il müharibəsi zamanı ələ keçirdiyi şərq hissələri də daxil olmaqla, fələstinlilərin müstəqil dövlətinin gələcək paytaxtı kimi gördüyü Qüdsü özünün bölünməz paytaxtı hesab edir.

Lazzarini hadisə zamanı işçilərin orada olduğunu, lakin itkilərin olmadığını bildirib.

Lazzarininin dediyinə görə, israilli qruplar son iki aydır təşkilatın binası qarşısında müntəzəm nümayişlər təşkil edib və bu həftə əməkdaşlar və binalarına daş atıb.

Forum

XS
SM
MD
LG