Accessibility links

"United Airlines"ın sərnişinə zor tətbiq etməsi ciddi qalmaqal yaradıb


Çikaqo aeroportunda “United Airlines” təyyarəsindən sərnişinin zorla çıxarılması video sosial şəbəkələrdə ən çox yayılan videolardan biri olub və şirkətin reputasiyasına ciddi xələl gətirib.

Bazar günü Çikaqodan Luisvilə uçmalı olan təyyarəyə satılan biletlər mövcud oturacaqlardan daha çox olub. Bu səbəbdən sərnişinlərdən rica edilib ki, bir neçə nəfər növbəti təyyarə ilə uçmağa razılıq versin.

Heç kim təyyarəni tərk etmək istəmədiyindən, hava yolları şirkətinin nümayəndələri təsadüfi seçimlə təyyarəni tərk edəcək 4 sərnişini müəyyən ediblər.

Seçilən sərnişinlərdən biri təyyarəni tərk etməkdən imtina edəndə təhlükəsizlik xidməti onu zorla təyyardən çıxarıb. Nəticədə sərnişin ciddi xəsarətlər alıb.

Sonradan təyyarəyə geri qaytarılsa da, sərnişin qan içində və özünü itirmiş halda olub.

Xəsasət almış sərnişin həkim olduğunu və səhər xəstələrini görməli olduğunu deyib.

“United Airlines” şirkəritin rəhbəri Oskar Munoz bəyanatla çıxış edərək, baş vermiş insidentin hər kəs üçün məyusedici olduğunu bildirib. O, sərnişinlərdən üzr istəyib və əmin edib ki, şirkət xəsarət almış şəxs ilə görüşərək, aralarındakı anlaşılmazlığı həll edəcək.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG