Accessibility links

Beynəlxalq qüvvələrin yeni komandanı Əfqanıstandadır



ABŞ generalı Cosef Danford Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin komandanı kimi vəzifəsinin icrasına başlayıb.

Beynəlxalq qüvvələrin komandalığını təhvil alarkən Kabildə bu gün keçirilən tədibirdə danışan general Danford əfqan xalqını daha parlaq gələcək naminə səylərini dəstəklədiyini deyib.

General Danford beynəlxalq qüvvələr gələn il Əfqanıstandan çıxmağa hazırlaşdığı zaman təhlükəsizliyin təmin edilməsi işinin ölkənin təhlükəsizlik qüvvələrinə təhvil verilməsi prosesinə görə məsuliyyət daşıyır.

ABŞ hərbi dəniz qüvvələrinin generalı olan Cozef Danford Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin komandanlığını 35 illik staja malik general Con Allendən təhvil alıb.

Con Allen iki ilə yaxındır Əfqanıstanda 11 ildir təhlükəsizliyə görə məsuliyyət daşıyan beynəlxalq qüvvələrin komandanı kimi çalışıb. Con Allen Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Avropada baş komandanı vəzifəsini icra edəcək.
XS
SM
MD
LG