Accessibility links

Bayden Yaxın Şərqdə gərginliyin artması fonunda İraqın baş naziri ilə görüşüb


Bayden Yaxın Şərqdə gərginliyin artması fonunda İraqın baş naziri ilə görüşüb
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Prezident Co Bayden bazar ertəsi İraqın baş nazirini qəbul etdiyi vaxt bütün diqqət həftə sonu İsrailə presedenti olmayan hücum edən İrana yönəlmişdi. Daha geniş regional müharibə ilə bağlı narahatlıqlara səbəb olan bu hücum Ağ Evin Oval kabinetində görüşən liderlərin diqqət mərkəzində idi.

Keçən həftə sonu İranın İsrailə görünməmiş hücumunun daha geniş regional müharibə təhlükəsi ilə bağlı narahatlıqları artırmazdan əvvəl İraq liderinin prezident Co Baydenlə müzakirə edəcəyi çoxlu məsələlər var idi.

ABŞ hava hücumunu uğursuzluq kimi səciyyələndirsə də, İraq lideri İsrail və HƏMAS arasında münaqişənin bölgədə böyük narahatlıq doğurduğunu etiraf edib. İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani: "Biz minlərlə dinc sakinin, qadının və uşağın həyatına son qoyan bu müharibəni dayanmasını həqiqətən istəyirik. Və biz münaqişə zonasının genişlənməməsi üçün bütün səylərimizdən istifadə edirik."

ABŞ-ın İraqa onilliklər öncə hərbi müdaxiləsindən sonra iki ölkə arasında münasibətlər kövrək xarakter daşıyır. ABŞ-ın İraqın şimalındakı hava hücumundan müdafiə qüvvələri İran raketlərinin bir hissəsinin vurulması üçün istifadə edilib.

Bayden deyib ki, İranın uzun müddətdir rəqibi olan İraq sülhün qorunmasında rol oynamalıdır. "Sadə dillə desək, bizim tərəfdaşlığımız ölkələrimiz, Yaxın Şərq və inanıram ki, bütün dünya üçün çox vacibdir".

Bazar ertəsi səhər Əl-Sudaninin müavini ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb və onların hər ikisi hücumun qarşısını alan regional əməkdaşlığı alqışlayıb və gərginliyi azaltmağa çağırıb. ABŞ dövlət katibi Antoni Blinken: "Düşünürəm ki, bu həftəsonu baş verənlər onu göstərdi ki, İsrail təcavüzün qurbanı olduğu, hücumun qurbanı olduğunda özünü təkbaşına müdafiə etməli deyildi və etməli deyil. O vaxtdan bəri 36 saat ərzində biz diplomatik cavab tədbirlərini koordinasiya edirik. Eskalasiyanın qarşısını almaq üçün güc və ağıl eyni tərəflərə, medalın hər iki tərə müxtəlif tərəflərinə göndərilməlidir".

İraq baş nazirinin müavini Məhəmməd Əli Təmim: "Biz bütün tərəfləri təmkin göstərməyə, müəyyən etdiyimiz qaydalara və beynəlxalq normalara hörmət etməyə çağırırıq. Bizim işimizin başlanğıcı olacaq bu görüşlər ikitərəfli əlaqələrimizi və görüşlərimizi davam etdirə bilməmiz üçün bu yüksək səviyyəli komitə vasitəsilə səmərəli işin əsasını qoyacaq”.

Bazar ertəsi ikitərəfli görüşlər zamanı əhəmiyyətli addımlar açıqlanmasa da, analitiklər deyirlər ki, İraq İraq liderlərinin edə biləcəyi bəzi şeylər var. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Daniel Biman: "İraq gərginliyin azaldılmasına üstünlük verdiyini açıq şəkildə bildirməlidir. O həm iranlılarla, həm digər ərəb dövlətləri ilə, həm də Birləşmiş Ştatlarla danışmalı və bunun İraq üçün mənfi hal olduğunu və bütün güclərin eskalasiyanı azaltmaq üçün məsuliyyətli addımlar atmasını istədiyini deməlidir".

İsrail öz cavabını nəzərdən keçirdiyi zaman regional oyunçular fəaliyyətsiz qalmır. Bazar ertəsi İraq prezidenti İordaniya kralı ilə görüşüb. İordaniya kral ofisinin məlumatına görə, onlar münaqişənin daha da genişlənməsinin təhlükələrini müzakirə edib.

Forum

XS
SM
MD
LG