Accessibility links

Dünya iordaniyalı pilotun ölümünü hiddətlə qarşılayır [Video]


İslam Dövlətini hədəf alarkən təyyarəsi vurulub salınan və özü girov götürülən iordaniyalı pilotun çərşənbə günü qəddarcasına qətlindən sonra İordaniya hökuməti həbsdə olan iki ekstremisti edam etdi. Muat Əl-Kaseasbeh İordaniya həbsxanasında olan Əl-Qaidə üzvü ilə nəzərdə tutulan mübadiləsi baş tutmadı.

İslam Dövləti qrupunun nümayiş etdirdiyi videoda İordaniya hərbi pilotu Muat Əl-Kasiasbehin diri-diri yandırıldığı göstərilir. Bu video dünya boyu hiddətlə qarşılandı.

Əgər hansısa qrup, şəxs və ya siyasi partiya müharibə cinayəti törədirsə, buna görə onlar axirətdə cavab verməlidir.

Amerikanın Səsinə Kabildən müsahibə verən ruhani Baba Can Şaiqhani bunun qeyri-İslami hərəkət olduğunu deyir. “Əgər hansısa qrup, şəxs və ya siyasi partiya müharibə cinayəti törədirsə, buna görə onlar axirətdə cavab verməlidir. Mən onların törətdiklərini gördüm və düşünürəm ki, burada İslama aid heç bir ədalət yoxdur.”

Əl-Kasiasbeh keçən ilin dekabr ayında Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri ilə birlikdə İslam Dövlətinə qarşı hava hücumları zamanı ələ keçirilmişdi.

Prezident Obama pilotun edamı ilə bağlı xəbəri yığıncaqda olarkən aldı. “Bu, həmin təşkilatın pisliyi və vəhşiliyinə dair daha bir işarədir. Mən düşünürəm ki, bu, qlobal koalisiyanın İslam Dövlətinin məğlubiyyəti istiqamətində qətiyyətini artıracaq.”

Videonun bu həftə nümayiş etdirilməsinə baxmayaraq, İordaniya deyir ki, Əl-Kasiasbeh bir ay bundan əvvəl edam edilib.

Bu həftənin çərşənbə axşamı Vaşinqtonda səfərdə olan İordaniya kralı Abdulla vətənə qayıtmazdan əvvəl iordaniyalılara göndərdiyi video mesajda onları mətanətli olmağa çağırdı.

İslam Dövlətinə qarşı hücumlardan danışarkən bizim yalnız bir cavabımız var, hava hücumları sadəcə nəticə vermədi.

Kral Abdulla vətənə qayıdaraq, qisasa çağıran insanlarla birlikdə küçəyə çıxdı. İordaniya həbsxanasında olan iki Əl-Qaidə üzvünün edamı ilə qisas tezliklə həyata keçirildi.

Müharibə Araşdırmaları İnstitutundan təhlilçi Kristofer Marmer deyir ki, İslam Dövlətinə qarşı hava hücumlarındansa, quru əməliyyatları daha effektiv olardı. “İslam Dövlətinə qarşı hücumlardan danışarkən bizim yalnız bir cavabımız var, hava hücumları sadəcə nəticə vermədi. Bu hücumlar yalnız onda müsbət nəticə verə bilərdi ki, İslam Dövlətinin mövqelərinə qurudan hücum edən qüvvələrlə birlikdə koordinasiya edilsin.”

İordaniyaya gəlincə isə, Əl-Kasiasbehin atası ibadət zamanı oğlunun qatillərini mərhəmətə çağırıb.

XS
SM
MD
LG